18 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
18 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsi 4/17 saylı binanın liftlərin yenisi ilə əvəzlənməsi və binanın dam örtüyünün təmiri, A.Kunanbayev küçəsi 18a saylı ünvanda ağacların dərmanlanması, İ.Hacıyev 62C ünvanında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, A.Kunanbayev küçəsi 7a saylı binanın həyətində qurumuş ağacların götürülməsi, A.Kunanbayev küçəsində sahibsiz heyvanların ərazidən toplanması, S.S.Axundov küçəsi 5/34 saylı binanın həyətində sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, oturacaqların qoyulması və işıqların bərpa olunması, Azadlıq prospekti 200 saylı ünvanda yağış sularının fərdi yaşayış evlərinə daxil olmasının aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.









