18 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
18 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsində küçə işıqlarının çəkilməsi, Göydələn (keçmiş adı H.Məmmədquluzadə) küçəsində asfalt örtüyünün çəkilməsi, Ağa Neymətulla küçəsində “AzərSu” ASC tərəfindən qazılmış asfalt örtüyünün bərpası, Hacıbababəyov küçəsində qanunsuz parklanmanın qarşısının alınması, Babadağ küçəsində içməli su axıntısının qarşısının alınması, R.Aboyev adına parkda ağacların budanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.