18 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
18 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunabayev küçəsi 20 saylı binanın həyətindəki işıq dirəklərindəki naqil bloklarının qapaqlarının bərpa olunması, A.Kunanbayev küçəsi 14 saylı binanın qarşısında pilləkənlərin təmir olunması, A.Kunanbayev küçəsi 3A saylı binanın həyətinə asfalt örtüyünün salınması, A.Kunanbayev küçəsi ərazisində sahibsiz küçə heyvanlarının yığışdırılması, A.Kunanbayev küçəsi 6 saylı binanın binanın həyətində və F.Məlikov adına parkda qəzalı vəziyyətdə olan ağacların kəsilməsi, S.S.Axundov küçəsi 3A və 3B saylı binalarda və Azadlıq prospekti, ev 180/20, 8 saylı girişdə liftlərin təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.