Şriftin ölçüsü :

Saytın rəngi :

18 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

19 iyul 2024 | 12:59

18 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. 

Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ü.Hacıbəyov küçəsi 2/10 saylı  ünvanda zirzəminin və girişlərin dezinfeksiya olunması, M.Kazımovski küçəsində sahibsiz küçə heyvanlarının yığışdırılması, S.Məmmədova küçəsi 207 saylı ünvanda girişlərin dezinfeksiyası olunması, M.Cəlal küçəsi 33 saylı ünvanda quru ağacların kəsilməsi, M.Cəlal küçəsində yerləşən “OMİD” tikinti materialları mağazasının qarşısındakı avtobus dayanacağında oturacağın təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər