Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

19 mart 2025 | 14:05

18 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 9-cu mikrorayon 210 saylı uşaq bağçasının həyətində olan sahibsiz küçə heyvanlarının toplanması, 9a mikrorayon M. Cəlal küçəsi 35 ünvanında zirzəminin dezinfeksiya olunması, 9-cu mikrorayon A. Məmmədov küçəsi 137 ünvanında kanalizasiya xəttinin lyuku qəzalı vəziyyətdə olması ilə bağlı təmiri və A. Məmmədov 119 ünvanında Azəristilik ASC tərəfindən qazıntı işlərindən sonra dağıdılmış yolun asfalt örtüyünün bərpası, 9-cu mikrorayon M. Cəlal küçəsi ev 51 ünvanında suyun təzyiqinin artırılması ilə bağlı, 9-cu mikrorayon M. Cəlal küçəsi 103 ünvanında Azəristilik ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası ilə bağlı müraciətin ünvanlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər