Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı münasibətilə humanitar aksiya keçirildi

18 mart 2026 | 12:55

18 mart 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı münasibətilə humanitar aksiya keçirildi.

Aksiya çərçivəsində Binəqədi rayonu ərazisində yaşayan bir qrup aztəminatlı, imtiyazlı sakinlərə ərzaq payı təqdim edildi.

Aksiyada iştirak edən rayon sakinləri aztəminatlı  şəxslərin sosial rifahı naminə onlara daim diqqətdə saxlayan dövlətimizə və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Mübarək Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik!

Keçidlər