Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr - Milli Musiqi günü münasibəti ilə konsert proqramı həyata keçirildi

20 sentyabr 2024 | 14:09

18 sentyabr - Milli Musiqi günü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti və Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə konsert proqramı həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva, məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olundu. Tədbirdə çıxış edən Leyla Quliyeva dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı bu günün bayram kimi 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə anadan olmasının 110 illik yubileyi ərəfəsində qeyd olunmasının qərara alındığını bildirmişdir. Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr keçirilir ki, bunlardan biri də ölkə başçısı cənab  İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə 2009-cu ildən etibarən təşkil edilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır. Bu gün milli irsimizin qorunub saxlanması və təbliği yolunda misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva tərəfindən həyata keçirilən çoxşaxəli silsilə tədbirlər Azərbaycan muğamının müasir tarixində müstəsna rol oynayır.

Sonra musiqi məktəbinin kollektivi və şagirdlərinin ifasında konsert proqramı nümayiş etdirildi:

Ü.Hacıbəyli Koroğlu operasından "Rəqs" (Buta qanun çalanlar ansamblı, Bədii rəhbər İradə Kamilova, konsertmeyster N.Hüseynzadə),

Ü.Hacıbəyli "Leyli və Məcnun" operasından "Oğlanların rəqsi" (İfa etdilər: Əli Kərimli, Rəsul Abdurzaqov),

Lalə Şirin "Qız qalası" kompozisiyası;

Ü.Hacıbəyli "Arşın mal alan" operettasından müqəddimə (ifa etdilər: Mahirə Tabıyeva, Aysel Cəfərova, konsertmeyster Ş.Əhmədova);

Ramiz Mirişli "Qızlar bulağı (ifa etdi: Anar Əliyev, konsertmeyster Y.Novruzov);

F.Əmirov "Ekspromt" (ifa etdi: Nigar Hüseynzadə);

Əfrasiyab Bədəlbəyli "Dumanlı Təbrizim" (ifa etdi: Ramiz Məmmədov, konsertmeyster Y.Novruzov);

Həsən Rzayev "Çahargah rapsodiyası" (ifa etdi: Zərqələm Yusubova, konsertmeyster A.Əliyeva, Firəngiz Babayeva "Töhfə" (ifa etdi: Fizzə Mirzəyeva);

Rauf Hacıyev "Ordan burdan" tamaşasından fraqment.

Sonda xatirə fotosu çəkildi.

Keçidlər