Şriftin ölçüsü :

Saytın rəngi :

18 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

19 yanvar 2024 | 18:49

18 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının məsul şəxsləri, RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 24 ünvanında idman qurğusunun quraşdırılması; Azadlıq prospekti 24 ünvanında girişlərin təmir olunması; F. Məlikov küçəsi 4 ünvanında kanalizasiya xəttinin açılması; 7-ci mikrorayon ərazisində sahibsiz heyvanlarla bağlı tədbirin görülməsi; işlə təmin olunma; A.Kunanbayev küçəsi 66 ünvanında yerləşən yaşayış binasında navalçanın təmiri, həmin ünvanda qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası və Abay Kunanbayev küçəsi 16 ünvanında yeni salınmış parkda müşahidə kamerasının quraşdırılması; A.Kunanbayev küçəsi 11/A ünvanında quru ağacların götürülməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər