Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Qurtuluş dastanı” adlı tamaşanın premyerası keçirildi

08 may 2013 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış “Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2013-cü il tarixli 65 saylı sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına nəzərdə tutulmuş silsilə tədbirlərin davamı olaraq, 2013-ci il mayın 7-də Akademik Milli Dram Teatrında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon idarə və müəssisə rəhbərlərinin, təhsil səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Qurtuluş dastanı” adlı tamaşanın premyerası keçirildi.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında şair-dramaturq İftixarın “Qurtuluş dastanı” adlı tamaşa bütün ömrünü xalqına həsr etmiş, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını yaratmış Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edirdi.
Çox böyük maraqla izlənən tamaşanın premyerasında millət vəkilləri  - Madər Musayev, Rafael Cəbrayılov və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər.

Keçidlər