Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda rəssamlarnan görüş keçirildi

04 iyul 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və 2 nömrəli sahə inzibati ərazi dairəsinin nümayəndəsi Ləman Əliyeva 6-cı mikrorayon Kazımovski küçəsində müxtəlif emalatxanalarda fəaliyyət göstərən rəssam və heykəltəraşların işləri ilə tanış oldular.
Tanışlıq zamanı xalq rəssamı Arif Hüseynzadə, əməkdar rəssam Akif Əsgərzadə, əməkdar rəssam, professor Firuz Mirzəzadənin rəsm əsərləri və heykəltəraşlıq nümunələri nümayiş olundu.
Görüşdə Rayon İcra Hakimiyyəti ilə rəssamlar arasında qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsi müzakirə  olundu.

Keçidlər