Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşu-sanda” idman növü üzrə Binəqədi rayon birinciliyi keçirildi

10 iyul 2017 | 11:00

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, “Favorit” İdman Klubunun təşkilatçılığı ilə 8-9 iyul 2017-ci il tarixlərində Binəqədi İdman Sağlamlıq Kompleksində “Uşu-sanda” idman növü üzrə Binəqədi rayon birinciliyi keçirildi.
Yarışın açılış mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, “Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunları”nda Uşu-sanda idman növü üzrə gümüş medal qazanmış Binəqədi rayon idmançısı Elçin Eminov çıxış edərək ölkəmizdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi istiqamətində görülən işlərdən danışaraq birincilikdə iştirak edən atletlərə uğurlar dilədilər.
Birincilikdə 6 yaş qrupunda 16 çəki dərəcəsi üzrə ümumilikdə 100-dək idmançı iştirak etdi. Qaliblər Rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomla təltif olundular.

Keçidlər