Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 6 ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan vətəndaş müraciətləri haqqında məlumat

14 iyul 2017 | 11:00

2017-ci ilin birinci yarımili ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə  1788  müraciət (2016-cı ilin müvafiq dövrü ilə  müqayisədə 44 vahid və ya 2,5%  çox) daxil olub.
Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olmuş vətəndaş müraciətlərindən 1431-i ərizə (daxil olmuş müraciətlərin 80%-i) və 356-sı (daxil olmuş müraciətlərin 19,9%-i) şikayət və 1-i (daxil olmuş müraciətlərin 0,1%-i) təklif olub.
Müraciətlər daha çox 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 379 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 321 müraciət, Biləcəri qəsəbəsi üzrə 285 müraciət, Binəqədi qəsəbəsi üzrə 252 müraciət, 2 nömrəli sahə inzibati  ərazi dairəsi üzrə 159 müraciət, Xocasən qəsəbəsi üzrə 139 müraciət, 28 May qəsəbəsi üzrə 33 müraciət və digər ərazilər üzrə 220 müraciət daxil olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 638 (daxil olmuş müraciətlərin 35,7%-i), Milli Məclisdən 30 (daxil olmuş müraciətlərin 1,7%-i), Nazirlər Kabinetindən 38 (daxil olmuş müraciətlərin 2,1%-i) və digər qurumlardan 195 (daxil olmuş müraciətlərin 10,9%-i)  müraciət daxil olub.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 1895 vətəndaş qəbul edilib. O cümlədən, Rayoin İcra Hakimiyyəti başçısı tərəfindən 140 vətəndaş qəbul edilib.

Keçidlər