Xocasən qəsəbəsində idmançılarla görüş keçirildi
14 iyul 2017-ci il tarixində Xocasən bələdiyyəsinin İctimai sektorunun təşkilatçılığı ilə əməkdar məşqçi Ruslan Şəmilov və "Azər-Güləş" idman klubunun gənc idmançıları ilə görüş keçirildi.
Görüşdə Xocasən bələdiyyəsi sədrinin müavinləri İsbəndiyar Xankişiyev və Mafəddin Hümmətov iştirak etdilər.
Görüş zamanı dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət xüsusilə vurğulandı. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulandı.
Daha sonra əməkdar məşqçi Ruslan Şəmilov idmançılarının göstərdiyi nailiyyətləri qeyd etdi. O, bildirdi ki, "Azər-Güləş" idman klubunda 120 gənc idmanla məşğul olur. Teymur Məmmədov 2013-cü ildə Avropa çempionatında birinci yerə, Dünya çempionatında üçüncü yerə layiq görülmüşdür. Bundan başqa 2014-cü ildə isə Gənc yeniyetmələr arasında Olimpiya çempionu, Orxan Abbasov 2015-ci ildə Dünya çempionatında üçüncü yerə, 2016-cı ildə dünya çempionatında ikinci yerə, Asxab Həmzətov Avropa çempionatında üçüncü yerə layiq görülmüş gənclərdir. 2017-ci ildə Teymur Məmmədovun Avropa çempionu olması və s. nailiyyətlər qeyd edildi.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir.