Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində həlak olmuş rayon sakinlərinin xatirəsinə ucaldılmış abidələr ziyarət edilib

10 may 2013 | 10:00

2013-cü il mayın 9-da Qələbə günündə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Böyük Vətən Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidələrin önündə tədbirlər keçirilib.
Rayon İcra Hakimiyyətinin, ictimaiyyət nümayəndələrinin, eləcə də müharibə veteranlarının iştirakı ilə abidələrin önünə əklil və gül-çiçək dəstələri qoyuldu, 1941-1945-ci illərdə həlak olan, eləcə də sonradan vəfat etmiş müharibə iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları məktəblilərin ifasında ədəbi-bədii kompazisiyalara tamaşa etdilər.

Keçidlər