Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

21 iyul 2017 | 11:00

21 iyul tarixində Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Hesabat yığıncağını açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət  başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı.
Natiq bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışdı. Bildirdi ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 2 rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir. Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılmış, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılmış, yaşıl çəmən örtüyü salınmış, tamet daşı düzülmüş, 195 kv.m asfalt örtüyü çəkilmiş və müxtəlif növ bəzək kolları əkilmişdir. 
Məlum olduğu kimi, rayonda ciddi narazıçılıq doğuran məslələrdən biri də yağış zamanı drenaj sisteminin olmaması səbəbindən Binəqədi şosesində güclü su basmaların əmələ gəlməsi idi. Artıq cənab Prezident İlham Əliyevin tapşırığına və sərancamına uyğun olaraq yağış sularının ötürülməsi üçün drenaj sisteminin quraşdırılması işi artıq başa catmaq üzrədir. Şosenin  4-cü qapı adlanan hissəsində lahiyə smeta işləri artıq başa çatıb və  bu yaxınlarda orda da drenaj sistemini quraşdırlması işinə başlanılacaq. Bütün bu işlər tamamlandıqdan sonra isə “Azəravtoyol” ASC tərfindən yolun yenidən çəkilməsi və asfaltlanması işləri həyata keçiriləcək. Həmçinin "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır. Yolun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaqdır.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaqdır.
Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Ekologiya və təbii sərvətlər departamentinin direktoru Əlişah Rəcəbov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ikinci rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə etdilər. 
   Sonra Şura iclasının qərar layihəsi oxundu.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışdı, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.
Rayon İcra Hakimiyyətinin başçısı məmurların daha səy və məsuliyyətlə işləməsinin, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğuladı.
Natiq bildirdi ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıq və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

Keçidlər