Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sakinlər arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birincilikləri keçirildi

21 iyul 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 21 iyul 2017-ci il tarixində 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında yerləşən istirahət parkında rayon sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirildi.
Yarışın nəticələrinə görə “Nərd” idman növü üzrə Quliyev Vəli İnşallah oğlu birinci, Həsənov Kərəm İsmayıl oğlu ikinci, Əhmədov Bayram İsmayıl oğlu üçüncü yerə; “Şahmat” idman növü üzrə Zeynallı Rəşad Həmzə oğlu birinci, Əhmədov Xəyal Rəşid oğlu ikinci, Abbasov Asif Musa oğlu üçüncü yerə; “Dama” idman növü üzrə Hacıyev Nurlan Ələddin oğlu birinci, Sevxanov Mehrac Göyüş oğlu ikinci, Baxşıyev Oqtay Mustafa oğlu üçüncü yerə layiq görüldülər.
Sonda qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov və Rafiq Nəsirov, 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Səlcuq Müzəffərli iştirak etdilər, qalibləri təbrik edərək onlara uğurlar arzuladılar.
Növbəti yarışın 24 iyul 2017-ci il tarixində saat 17:00-da 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında yerləşən fəvvarələr parkında keçirilməsi nəzərdə tutulub.

Keçidlər