Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 10-cu qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başladılar

24 iyul 2017 | 11:00

24 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirildi.
Görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə  tanış oldular və onlara ətraflı məlumat verildi.
Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul etdi, gənclərin könüllü olaraq məhz Binəqədi Rayon İcra Hakimiyyətini seçməsini sevdirici hal olaraq vurğuladı  və onlara bu işdə uğurlar dilədi.
Sonra gənclər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladı, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.

Keçidlər