Xocasən qəsəbəsində qəsəbə ağsaqqaları və komitə sədrləri ilə görüş keçirildi
25 iyul 2017 | 11:00
25 iyul tarixində Xocasən bələdiyyəsinin inzibati ərazisi olan Bakı-Şamaxı yolunun kənarında yerləşən istirahət parkında "Bələdiyyələrin vergi və rüsumlarının toplanması” mövzusunda qəsəbə ağsaqqaları və komitə sədrləri ilə görüş keçirildi.
Görüşdə Xocasən bələdiyyəsinin sədr müavinləri Mafəddin Hümmətov və İspəndiyar Xankişiyev iştirak etdilər. Belə ki, ağsaqqalar və komitə sədrlərinə ərazidə vergi yığımının yaxşılaşdırılması ilə əlaqədar maarifləndirilmə və təbliğat işlərinin sakinlər arasında gücləndirilməsi və ərazinin təmiz saxlanılması tövsiyə olundu.
Tədbirin sonunda müzakirə olunan məsələ barədə fikir mübadiləsi aparıldı, irad və təkliflər dinlənildi.