Binəqədi rayonunda 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə gününə həsr olunmuş tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə “28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavinləri, bələdiyyə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri və Asan könüllüləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova tədbirin vacibliyini vurğulayaraq, bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildə WHA63.18 saylı qərarla 28 iyul tarixini Beynəlxalq Hepatitlə mübarizə günü elan edib.
Daha sonra çıxış edən Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev keçirilən tədbirin önəmindən danışaraq belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etdilər.
Tədbir seminarla davam etdirildi. Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim qastroenteroloq-hepatoloqu Cəmil Kamilli hepatit viruslarının növləri, əlamətləri, yoluxma yolları, xəstəliyin müayinə və müalicəsi, hepatit viruslarına qarşı profilaktik tədbirlər və qorunma yolları haqqında məlumat verdi.
Tədbirdən öncə M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan bir qrup gəncin müayinəsi həyata keçirildi.