Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərzində aparılan abadlıq-quruculuq işləri

12 may 2013 | 10:00

Həftə ərzində (6-11 may) rayon ərazisində ümumilikdə 66 ünvanda  su axıntıları olan boruların və 1 nasosxananın təmiri aparılıb, 3 ədəd siyirtmə, 2 p/m su xətti dəyişdirilib. Eyni zamanda 120 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
     TM-16-da yeni avadanlıqlar tam sistemə qoşulub. KTM-246-2-də 240 p/m AVVQ 4x5 markalı kabellə 8 ədəd dayaq vasitəsi ilə yaşayış evlərinə enerji verilib.
     8-ci mikrorayon Naxçıvani küçəsi 39 saylı binanın elektrik təchizatı yenidən çəkilib və 52 abonentə SMS sayğac quraşdırılıb. M.Rəsulzadə qəsəbəsi, Koroğlu Rəhimov küçəsinə TM-675-dən 360 p/m kabel xətti çəkilib istismara verilib. 9-cu mikrorayonda və Zərifə Əliyeva adına parkda 31 ədəd yararsız lampa, 8-ci mikrorayonda H.Hüseynov küçəsində yanmış kabel 40 p/m, yararsız 5 ədəd lampa, 7-ci mikrorayon A.Kununbayev küçəsində 17 ədəd yararsız lampa və 6 ədəd drossel, Binəqədi şosesi və Biləcəri qəsəbəsində 105 p/m yanmış kabel, 29 ədəd yararsız lampa və 14 ədəd drossel dəyişdirilib.
     Binəqədi QİS ərazisində 1416 p/m qaz xətti çəkilib, 17000 metr qaz xətti boyanıb, 133 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
     7-ci mikrorayon 14 və 16 saylı yaşayış binasının istilik xətlərində dik dayaqlarda     d-25mm 12 p/m, d-89mm 8 p/m boru dəyişdirilib, 4 ədəd siyirtmələr təmir edilib.
     8-ci mikrorayon 1,1v, 3, 8,11, 24, 30, 72, 77 saylı binalarin istilik sistemində 28 ədəd siyirtmə təmir edilib, d-57mm 8 p/m, d-25mm 6 p/m dik dayaqlarda boru dəyişdirilib. Naxçıvani 5 saylı binanın istilik xəttində d-57mm 4 p/m boru dəyişdirilib. 205, 220, 230, 253 və 337 saylı qazanxanalarda istilik mübadilə aparatları, qoruyucu klapanlar, siyirtrmələr təmizlənmiş və təmir edilib.  M.Cəlal 13, 105, 129, saylı binaların istilik xəttində  siyirtmələr təmir edilib.
     9-cu mikrorayon ərazisində 85 ədəd həyətlərin işıqlandırılması üçün dirəklər quraşdırılıb. 37 p/m kanalizasiya  və 21 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 850 m2 yumşaq dam örtüyü təmir edilib. 8-ci mikrorayon ərazisində 4120 m2 asfalt örtüyü çəkilib.

Keçidlər