Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında “Futbol” birinciliyi keçirildi

28 iyul 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin (RİOEUGFM) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 23-cü ildönümü münasibətilə 20-28 iyul 2017-ci il tarixlərində "Vətən" RİOEUGFM-də 2005-2006-cı il təvəllüdlü yeniyetmələrin Mənzil-Kommunal İstismar Sahələrinin (MKİS) komandaları arasında “Futbol” birinciliyi keçirildi.
Birincilikdə 10 Mənzil-Kommunal İstismar Sahəsinin komandası mübarizə apardı. Yarışın nəticəsinə görə 80 №-li MKİS-in komandası birinci, 102 №-li MKİS-in komandası ikinci, 107 №-li MKİS-in komandası üçüncü yeri tutmuşdur.
Mükafatlandırılma mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, "Vətən" RİOEUGFM-in direktoru Mustafa Həsənov və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak edərək qalib komandaları təbrik etdilər, idmanın ən sevilən növü olan futbola Binəqədi rayonunda hər zaman böyük maraq olduğunu və gənc idmançılara rayon rəhbərliyi tərəfindən daim diqqət göstərildiyini  vurğuladılar.
Sonda qaliblər İdarə tərəfindən diplom, medal və kubokla təltif edildilər.

Keçidlər