Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirildi

01 avqust 2017 | 11:00

Avqustun 1-də Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin məsul işçiləri, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər şəxsləri iştirak etdilər.
İlk olaraq oxucular kitabxanada ana dili haqqında yaradılmış guşə ilə yaxından tanış oldular.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı qonaqları salamlayaraq, bu günlə bağlı fikirlərini iştirakçılar ilə bölüşdü.
Daha sonra Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya resursları üzrə şöbə müdiri Şəfiqə Ağayeva bu günlə bağlı geniş məlumat verdi. Natiq çıxışında kitabxanaçılıq və biblioqrafiya sahəsində görülən işlərə də toxundu.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova kitabxanada olan ana dili haqqında kitablarla tədbir iştirakçılarını yaxından tanış etdi.
Son olaraq xatirə fotosu çəkildi.

Keçidlər