Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin iyul ayında daxil olan müraciətlər haqqında hesabat

04 avqust 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və  sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
2017-ci il iyul ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılan zənglərin sayı 2267, birbaşa cavablandırılan zənglərin sayı 1822,  yaradılan əks əlaqələrin sayı 423, günlük  orta zəng sayı 73, tərtib edilən şikayət vərəqələrinin sayı 445 olub.
Şikayət xarakterli 445 müraciətin 355-i və ya 80 %-i tam həll olunmuş, 38-i və ya 8,5 %-i qismən həll edilmiş,  52-si və ya 11,5 %-nə müvafiq izahat verilərək həll edilmişdir.
İyul ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 239-u və ya 53,7 %-i su-kanalizasiya (o cümlədən 171-i su təchizatı, 68-i kanalizasiya problemləri ilə əlaqədar), 83-ü  və ya  18,6 %-i qaz təchizatı,  51-i və ya 11,4 %-i lift problemləri, 21-i və ya 4,7 %-i məişət tullantıları ilə əlaqədar, 17-si və ya 3,8 %-i çoxmənzilli binaların girişlərinin və zirzəmilərinin dizenfeksiya edilməsi ilə əlaqədar, 13-ü və ya 3 %-i elektrik təchizatı ilə bağlı, 9-u və ya 2 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar, 3-ü və ya 0,7 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 9-u və ya 2 %-i sakinləri narahat edən digər məsələlər ilə əlaqədar olub.
Xidmətə ay ərzində 23 təşəkkür müraciəti daxil olub.

Keçidlər