Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təcrübə keçən “ASAN” 10-cu qrup könüllüləri üçün təlim keçirildi.

08 avqust 2017 | 11:00

Binəqədi rayonunda təcrübə keçən “ASAN” 10-cu qrup könüllüləri üçün “Layihələrin yazılması, idarə edilməsi, büdcə qaydaları və onların tətbiqi, donor təşkilatlarla əməkdaşlıq qaydaları” mövzusunda təlim təşkil edilib.İlk öncə könüllü gənclərə təlim prossesində aktiv olmaq üçün test tapşırıqları verilib. Test tapşırıqlarını icra etdikdən sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova layihə təlimi haqqında geniş məlumat veribdir.Gənclərə Layihə nədir? , Layihə meneceri kimdir?, donor təşkilatlarla necə işləmək olar?, büdcə və onun idarə edilməsi kimi mövzularla bağlı ətraflı məlumat verilibdir.Daha sonra gənclər 3 qrupa bölünərək, müxtəlif mövzularında praktik tapşırıqlar verilibdir.Qeyd edək ki, gənclər 09 avqust tarixində mövzular üzrə verilən tapşırıqlara uyğun layihə hazırlayıb təqdimat edəcəklər.

Keçidlər