Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçi heyəti ilə görüş keçirildi.

08 avqust 2017 | 11:00

08 avqust 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçi heyəti ilə görüş keçirilmişdir.Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev, hər üç qurumun əməkdaşları, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva iştirak etmişlər.Əvvəlcə qonaqlar Gənclər Evinə ayrılmış və zəngin maddi-texniki bazası olan inzibati bina ilə tanış olmuşlar.Sonra görüş akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qonaqları və görüş iştirakçılarını salamlamış, idarənin fəaliyyəti haqqında ətraflı məlumat vermiş, rayonda gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, peşə yönümü, vətənpərvərlik, idman, bədii yaradıcılıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılan şəraitdən danışmışdır.Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun strukturu və gənclərin maarifləndirilməsi yönündə həyata keçirilən layihələrdən, onların bilik və bacarıqlarının cilalanması məqsədilə təşkil olunmuş müxtəlif müsabiqə, konfrans, seminar və görüşlərdən bəhs edərək Binəqədi gənclərini də layihələrdə fəal iştiraka dəvət edib.Görüş iştirakçıların təklifləri ətrafında müzakirə ilə davam etdirilmiş, yekunda Gənclər Evi ilə Bilik Fondunun birgə tədbirlər planının hazırlanması, Gənclər Evində Bilik Otağının yaradılması, Binəqədi gənclərinin Fondun layihələrində daha fəal iştirakının təmin edilməsi qərara alınmışdır.

Keçidlər