Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirildi.

09 avqust 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 №-li Sərəncamının icrasına uyğun olaraq vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 09 avqust 2017-ci il tarixdə Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın nəticəsinə görə “Nərd” idman növü üzrə Əkbər Mehdiyev I, Vahid Paşayev II, İbrahim Hüseynov III yerə; “Şahmat” idman növü üzrə Misir Abdullayev I, Elman Şirinov II, İbrahim Seyidov III yerə; “Dama” idman növü üzrə Sultan Mirzəyev I, Teyyub Həsənov II, Firidun Xəlilov III yerə layiq görülmüşlər.
Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov, Rafiq Nəsirov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak etmişlər.

Keçidlər