Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlərlə səyyar görüşü keçirildi.

11 avqust 2017 | 11:00

11 avqust 2017-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun YAP Binəqədi Rayon Təşkilatının iclas zalında Binəqədi rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlərlə səyyar görüşü keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakmiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Aparatın məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Görüşü Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq istiqamətində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı.
Daha sonra Binəqədi rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi məsələlərin aradan qaldırılmasını xahiş etdilər.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov  qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər