Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “N” saylı hərbi hissədə əsgərlər arasında “Şahmat” birinciliyi keçirildi.

11 avqust 2017 | 11:00

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 11 avqust 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində əsgərlər arasında “Şahmat” birinciliyi keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, hərbi hissənin komandir müavini polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Yarışın nəticəsinə görə Baxış Mikayılov I yeri, Əli Hüseynzadə II yeri, Şəmistan Mamedov III yeri tutmuşdur.
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Keçidlər