Şriftin ölçüsü :

Saytın rəngi :

Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır.

14 avqust 2017 | 11:00

Yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirilir.
Bu çərçivədə Xocahəsən -Lökbatan avtomobil yolunun 9 -13 km-lik hissəsində  cari təmir- bərpa işləri görülür.Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Ümumilikdə təmizlənmiş hissələrə 10 min m2  yeni asfalt-beton örtüyü döşənəcək. Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün   əraziyə lazımi sayda qüvvə cəlb olunub.Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur.

Keçidlər