Binəqədi rayonunda “N” saylı hərbi hissədə əsgərlər arasında “Nərd”, “Şahmat” və “Dama” idman növü üzrə birincilik keçirildi.
12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 12 avqust 2017-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərlər arasında “Nərd”, “Şahmat” və “Dama” idman növü üzrə birincilik keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov, hərbi hissənin şəxsi heyətin tərbiyəvi işlər üzrə müavini kapitan Vüsal Kərimov və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Yarışın nəticəsinə görə “Nərd” idman növü üzrə sürücü Fariz Əliyev I, maxe Gündüz Hüseynov II, əsgər Nasir Cəfərov III; “Şahmat” idman növü üzrə baş əsgər Anar Ələkbərov I, baş əsgər Emin Musayev II, çavuş Vüqar Qasımov III; “Dama” idman növü üzrə Kamran Yusifov I, əsgər Əbülfət Abdulhəlimov II, maxe Aqil Qaraxanov III yeri tutmuşdur.
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.