Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.

17 avqust 2017 | 11:00

2017-ci il avqust ayının 17-də  Biləcəri qəsəbəsi, A.Zeynallı 33 ünvanında  yerləşən Əhalinin mədəni - kütləvi tədbirlər evində Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüş keçirildi.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Görüşü rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər