Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat birliyində geniş tərkibli müşavir keçirildi.
Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdirinin 16.08.2017-ci il tarixli, 11-7/46 saylı məktubunun icrası ilə əlaqədar geniş tərkibli müşavirə keçirilmişdir.
Verilmiş tapşırıqların icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18.08.2017-ci il tarixli, 187 saylı Sərəncamı ilə təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Komissiya yaradılmışdır.Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi məqsədilə 18 avqust 2017-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi və Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Qüdsi Bayramov və Elnur İmanovun iştirakı ilə rayon sahə inzibati dairələrinin, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin və Mənzil Kommunal Təsərrüfat Birliyinin və xidmət təşkilatlarının iştirakı ilə geniş tərkibli müşavirə keçirilmişdir. Binəqədi rayonu ərazisində “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19.12.2014-cü il tarixli, 263 saylı Sərəncamının icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində rayon ərazisində məişət tullantılarının yığışdırılması, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bu istiqamətdə görülən işlər davam etdirilir.
Müşavirədə rayon ərazisində bərk məişət tullantılarının idarə edilməsinin daha da təkmilləşdirilməsi, aparılmış abadlıq-quruculuq işlərinin, salınmış park və yaşıllıqların qorunub saxlanılması, əhalinin sağlamlığı və ekoloji tarazlığın qorunub saxlanılması ilə əlaqədar qeyd edilən Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.Müşavirə iştirakçılarına görüləcək işlərlə bağlı əlavə təkliflər paketinin hazırlayaraq Rayon İcra Hakimiyyətinə təqdim etmələri tapşırılmışdır.