Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Qızlar Seminariyası” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

19 avqust 2017 | 11:00

19 avqust 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə qızların cəmiyyətin həm sosial, həm də ictimai sferada iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğ etdirilməsini nəzərdə tutan “Qızlar Seminariyası”  layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur.
Tədbirdə “Sağlam Ailə” Tibb Mərkəzinin PR və Marketinq şöbəsinin rəhbəri Nigar Rüstəmli, “Sağlam Ailə” Tibb Mərkəzinin mamaginekoloqu Əfsanə Hüseynquliyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin psixoloqu Aytac Abbasbəyli və layihə iştirakçısı olan gənc xanımlar iştirak etmişdir.
Diskussiya zamanı gənc xanımların sualları cavablandırılmış və reproduktiv sağlamlıq haqqında məlumat verilmişdir.

 

Keçidlər