Rayon İcra Hakimiyyətinin başçısı 7 və 8-ci mikrorayon sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi.
2017-ci il avqust ayının 21-də Binəqədi Gənclər Evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 7 və 8-ci mikrorayon sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi.
Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.