Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə sakinləri ilə görüşdü

18 may 2013 | 10:00

2013-cü il  may ayının 17-də  99 saylı məktəbin akt zalında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Məmməd Əmin Rəsulzadə qəsəbəsi  sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 175 nəfər qəsəbə sakini iştirak edirdi.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
  Qəsəbə sakinlərindən Sevda Həsənova, Çingiz Quliyev, Nərminə Qasımova, İslam Vəliyev, Günel Əliyeva, Sevil Həsənova və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
  Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq konkret tapşırıqlar verdi.

Keçidlər