Binəqədi rayonunda mütəmadi olaraq iməciliklər keçirilir
29 avqust 2017 | 11:00
Təmizlik tərbiyəsi əslində kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Rayon ərazisində bütün qəsəbələrdə bu iş davam etdirilir. Amma gəlin görək edilən təmizliyə biz nə dərəcədə riayət edirik və yaxud həmin təmiziliyi qoruya bilirikmi? Vaxtaşırı Sizlərlə bu mövzuda məlumatlar paylaşırıq.
Bu gün toxunacağımız məkan 6-cı mikrorayon ərazisindəki “Dendropark” adlandırılan yaşıllıq ərazisidir. Orada dəfələrlə təmizlik, iməclik aksiyaları həyata keçirilib. Amma yenə də ərazidə kifayət qədər zibilliklərə, məişət tullantılarına rast gəlirik... Sual yaranır niyə özümüz yaşadığımız ərazini öz sağlamlığımız üçün qoruya bilmirik?
Axı, təmizlik gözəllikdir, insanlığın ən mühüm şərtlərindəndir. Təmiz olmaq və təmizliyi aşılamaq, ən əsası isə tərbiyə halına gətirmək bizim insanlıq borcumuzdur.
Gəlin, təmizliyi birgə qoruyaq! Sizlərə təqdim edilən bu fotolar həmin “Dendropark” adlandırılan yaşıllıq ərazisidə həyata keçirilən müxtəlif iməciliklərdən çəkilən fotolardır.