Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri Bakı Elektrikşəbəkə ASC Yarımstansiya Muzeyi ilə tanış oldular

18 may 2013 | 10:00

17 may 2013-cü il tarixdə  18 may – Beynəlxalq Muzeylər günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Bakı Elektrikşəbəkə ASC Yarımstansiya Muzeyinə ekskursiyası təşkil edildi.
Bakı Elektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin nəzdində olan Bakı Elektrikşəbəkə ASC Yarımstansiya Muzeyi 1914-cü ildə tikilib. Muzeydə XIX əsrin axırlarından başlayaraq Bakı şəhərinin işıqlandırımasında istifadə olunan 100-dən çox yaşı olan  avadanlıqlar yerləşir.
Rayon məktəbliləri muzeydəki eksponatlarla tanış olduqdan sonra xatirə şəkilləri çəkdirdilər.

Keçidlər