Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Savadlılıq Günü münasibəti ilə 90 saylı körpələr evi uşaq bağçasında tədbir keçirildi

06 sentyabr 2017 | 11:00

6 avqust 2017-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Beynəlxalq Savadlılıq Günü münasibətilə  90 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, MKS-in şöbə müdiri Səidə Sərdarova və baş kitabxanaçı Aygün Əliyeva, bağçanın kollektivi və uşaq kontingenti, ASAN könüllüləri iştirak etdilər.
Tədbirdə ilk öncə 90 saylı körpələr evi-uşaq bağçasının müdiri Zərnişan Mustafayeva qonaqları salamlayaraq tədbiri açıq elan etdi.
Sonra Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayevaya Beynəlxalq Savadlılıq Günü haqqında məlumat verdi. 
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Səidə Sərdarova və baş kitabxanaçı Aygün Əliyeva bağçanın uşaqlarına "Nağıl qatarı" kitabından "Səhv" adlı nağıl və "Dəli keçinin nağılı”nı danışdılar. MKS-in əməkdaşları uşaqlara nağıl oxuyaraq sual-cavab etdilər. Həmçinin, bağçanın balaca fidanları tapmacalar tapdılar, müxtəlif şeirlər səsləndirdilər.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Beynəlxalq Savadlılıq Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır, dünyada heç bir ölkə savad olmadan inkişaf edə bilməz. O, digər ölkələrlə müqayisədə Azərbaycanda savadlılıq səviyyəsinin 100 faiz olduğunu vurğuladı. Qeyd etdi ki, ölkəmizdə uşaqların təlim-tərbiyəsi, təhsilinə böyük üstünlük verilir və dövlət tərəfindən hər bir vətəndaş pulsuz təhsillə təmin olunur. Baş məsləhətçi Jalə Tofiqqızı savad almağın  insan haqlarından biri olduğunu xatırladaraq, bütün elmlərin əsası olduğunu vurğuladı.
Sonda uşaqlar bağçada təşkil olunmuş uşaq ədəbiyyatı kitab sərgisi ilə yaxından tanış oldular.

Keçidlər