Şriftin ölçüsü :

Saytın rəngi :

Modelyer-dizayner Gülnarə Xəlilova “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı oldu

05 sentyabr 2017 | 11:00
2 sentyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə qızların cəmiyyətin həm sosial, həm də ictimai sferada iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğ etdirilməsini nəzərdə tutan “Qızlar Seminariyası”  layihəsi çərçivəsində növbəti tədbir baş tutdu.
Tədbirdə modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas Gülnarə Xəlilova və layihə iştirakçısı olan gənc xanımlar iştirak etdi.
Tədbirin gedişatında həyat və yaradıcılığından, peşəkar fəaliyyətdə əldə etdiyi nailiyyətlərdən bəhs edən Gülnarə Xəlilova gənc xanımların moda, zövqlü geyinməklə bağlı suallarını cavablandırdı, onlara tövsiyələrini verdi.
 
Keçidlər