Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Gənclər evində Beynəlxalq Sülh Aylığı çərçivəsində “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” adlı tədbir keçirildi

08 sentyabr 2017 | 11:00
8 sentyabr 2017-ci il tarixində Binəqədi Rayon Gənclər evində “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” adlı tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəal gəncləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və ASAN könüllüləri iştirak etdilər.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev tədbirin mahiyyəti ilə bağlı məlumat verdikdən sonra sözü tədbirin ideya müəllifi Həmidə Əşrəfovaya verdi. Həmidə Əşrəfova mövzu ilə bağlı təqdimat etdikdən sonra tədbir diskussiya şəklində davam etdi.
Tədbirdə rayon gəncləri Beynəlxalq Sülh Aylığı ilə bağlı fikirlərini dilə gətirdilər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin dünyada sülh elçisi kimi tanındığı, həmçinin istər Cənubi Qafqazda, istərsə də beynəlxalq aləmdə mövcud olan münaqişələrdə hər zaman sülh tərəfdarı olduğu bildirildi. Gənclər öz çıxışlarında müstəqilliyin ilk illərində ölkədə mövcud olan xaos və özbaşınalığa qəti son verilməsinin və müstəqilliyin sonrakı illərində daimi sabitliyin və sülhün təmin olunmasının Heydər Əliyevin dövlətçiliyimizə bəxş etdiyi ən mühüm töhfələrindən biri olduğunu qeyd etdilər. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycan Respublikasının torpaqlarının 20 faizi işğalda olmasına baxmayaraq, İlham Əliyevin yeritdiyi düzgün daxili və xarici siyasət sayəsində ölkədə sabitliyin qorunub saxlanıldığı vurğulandı. Həmçinin son dövrlər beynəlxalq münaqişə ocaqlarından, dini və etnik zəmində baş verən konfiliktlərdən də danışıldı. Mövzu ətrafında debatlar keçirildi.
Sonda tədbirin aparıcıları diskussiyada fəal iştirak edən gənclərə öz təşəkkürlərini bildirdilər və tədbirə yekun vuruldu.
 
Keçidlər