Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda İDEA Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları sahibsiz heyvanların yığılması işini həyata keçirdilər

09 sentyabr 2017 | 11:00
Binəqədi rayonunun fəal gənci Həmidə Əşrəfovanın təşəbbüsü ilə keçirilən aksiyanın davamı olaraq, İDEA Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində sahibsiz heyvanların yığılması işini həyata keçirdilər.
Aksiyanın həyata keçirilməsində Binəqədi rayon 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin məsul şəxsləri və eləcə də həmin ərazidə yaşayan sakinlər iştirak etdilər.
Sahibsiz heyvanlar müvafiq sığıncaqda peyvəndlənərək, qısırlaşdırıldıqdan sonra sığınacaq bölməsinə yerləşdiriləcək.
Aksiyanın rayonumuzun digər ərazilərində də keçirilməsi nəzərdə tutulub.
 
Keçidlər