Şriftin ölçüsü :

Saytın rəngi :

19 aprel 2024-cü il tarixində Elşad Həmidov adına 267 nömrəli məktəb-liseydə I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Həmidov Elşad Qoşqar oğlunun anım günü ilə bağlı tədbir keçirildi

22 aprel 2024 | 16:39

19 aprel 2024-cü il tarixində Elşad Həmidov adına 267 nömrəli məktəb-liseydə I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Həmidov Elşad Qoşqar oğlunun anım günü ilə bağlı tədbir keçirildi.

Şəhidin adını daşıyan 267 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, məsul əməkdaş Rəhman Qəhrəmanov, 267 nömrəli məktəb-liseyin direktoru Rəna Ağazadə, məktəbin pedaqoji kollektivi, şagirdlər, döyüşlərdə şəhdimizlə çiyin-çiyinə vuruşan qazilər, Vətən müharibəsi iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları və şəhdimizin dünyaya göz açdığı Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər rayon-Qaraqoyunlu kənd sakinləri iştirak etdilər.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və  hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan 267 nömrəli məktəb-liseyin direktoru Rəna Ağazadə  qonaqları salamlayaraq, Elşad Həmidovun məktəbin məzunu olmasını iftixar hissi ilə qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ildə torpaqlarımızı işğaldan azad etməklə tarixi ədaləti bərpa etməsindən, yaşadığımız bu günlərin  tarixin parlaq və unudulmaz səhifələrindən birini təşkil etdiyindən, şəhidlərimizin qisasının alınmasından söhbət açdı.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsində, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliğində, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəlməsində, azərbaycançılıq məfkurəsinin  möhkəmlənməsində təhsil müəssisələrində təşkil olunan tədbirlərin böyük rolu olduğunu söylədi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu vurğuladı. Şanlı Zəfərimizin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi.

Şəhdimizlə çiyin-çiyinə vuruşan, qazilər və Vətən müharibəsi iştirakçıları öz çıxışlarında Elşad Həmidovun keçdiyi döyüş yolu, qəhrəmanlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Şəhidin ailə üzvlərinə və əzizlərinə başsağlığı verdilər.    

Şəhidimiz orta məktəbdə təhsil aldığı illərdə müəlliməsi olmuş Südabə Abdullayeva çıxış edərək Elşad Həmidovu çox vətənpərvər, istiqanlı, mehriban şagird kimi xatırladığını diqqətə çatdırdı. Onunla fəxr etdiyini və daim qürür duyduğunu bildirdi.

Şəhid Elşad Həmidovun doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonda 267 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında şəhidlər haqqında şeir parçaları vətənpərvər musiqilər dinlənildi.

Keçidlər