Şriftin ölçüsü :

Saytın rəngi :

19 iyul 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi

21 iyul 2025 | 10:42

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 19 iyul 2025-ci il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.

İməcilikdə rayonun kommunal təsərrüfat bilikləri tərəfindən ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, həyətlərdə skamyalar, stollar təmir olunmuş, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparıldı.

Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

Keçidlər