19 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
19 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsi 5 saylı binada navalçaların təmir edilməsi, A.Kunanbayev küçəsi 3a saylı binanın ətrafında küçə işıqlarının bərpa olunması, A.Kunanbayev 11a saylı binanın kanalizasiya xətlərinin dəyişdirilməsi, A.Kunanbayev küçəsi 64/11 və 9a saylı binaların həyətlərinin abadlaşdırılması və 9a saylı binanın qarşısında yerləşən xeyir-şər evinin fasadının rənglənməsi, A.Kunanbayev 2 saylı binanın qarşısında qəzalı vəziyyətdə olan ağacın budanması, F.Məlikov küçəsi 1saylı binanın 4-cü girişində nasaz vəziyyətində olan liftin təmir olunması, S.S.Axundov 4a və A.Kunanbayev 9a saylı binaların ətrafında sahibsiz itlərin yığışdırılmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.