Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Binəqədi rayonunu təmsil edəcək rayon məktəbliləri ilə görüş keçirildi
19 noyabr 2024-cü il tarixində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Binəqədi rayonunu təmsil edəcək rayon məktəbliləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Binəqədi rayonunu təmsil edəcək məktəblilər iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova məktəbliləri təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətindən söz açan Sevinc Süleymanova Forumda Binəqədi rayonunu təmsil etmək hüququ qazanan məktəblilərə uğurlar arzu etdi.
Daha sonra Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Binəqədi rayonunu təmsil edəcək iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunan yaddaş kitabçaları təqdim olundu, forumda iştirak barədə təlimatlar verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda xatirə fotosu çəkildi.