Şriftin ölçüsü :

Saytın rəngi :

19 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

21 noyabr 2024 | 08:28

19 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Biləcəri qəsəbəsi 5-ci şimal küçəsində kanalizasiya xəttində yaranan problemlərin qarşısının alınması, Ordubadi küçəsində sahibsiz heyvanların kənarlaşdırılması, X.Məlikaslanov küçəsində dayanacaqların yerləşdirilməsi və kanalizasiya xəttinin yuyulması, Haramı küçəsi (314 saylı məktəbin qarşısı) ünvanında kanalizasiya xəttinin yuyulması və ətrafının təmiz saxlanılmasına nəzarətin artırılması, 291 saylı baxçanın həyətində qurumuş ağacın götürülməsi, Qabil Süleymanov küçəsində küçə işıqlandırılmasında yaranan problemlərin aradan qaldırılması, Asəf Zeynallı və Ordubadi küçələrində küçə işıqlandırılmasında yaranan problemlərin aradan qaldırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər