Şriftin ölçüsü :

Saytın rəngi :

19 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

23 oktyabr 2023 | 13:05

19 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin R.Behbudov küçəsi 1/b ünvanında istinad divarının bərpa edilməsinə köməklik göstərilməsi və binanın qarşısının abadlaşdırılması, M.Cəlal küçəsi 3 ünvanında zirzəmidə su axıntısının qarşısının alınması, Həmzə Babaşov küçəsi 15 ünvanında binanın girişlərinin dezinfeksiya olunması, A.Məmmədov 119 ünvanında yerləşən ağacların budanması, M.Cəlal küçəsi 139-141 ünvanlarında parkın işıqlandırılması, Ü.Hacıbəyov küçəsi 6 ünvanında qəzalı vəziyyətdə olan ağacın götürülməsi, İ.Dağıstanlı küçəsi 57/A  saylı binada liftin yenisi ilə əvəz olunması, M.Cəlal küçəsi 41 saylı binanın qarşısında “ABAD” həyətdə bəzi qurumuş şam ağaclarının yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər