Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi

14 sentyabr 2017 | 11:00
2017-ci il sentyabr ayının 14-də 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 28 May qəsəbəsinin sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu  keçirildi.
Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri iştirak edirdi.
Sakinlər çıxış edərək qəsəbənin su-kanalizasiya problemlərinin aradan qaldırılması istiqamətində imzalanan sərəncama, yeni məktəb binasının tikintisinə və ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
 
 
 

Keçidlər