Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində millət vəkili Eldar İbrahimovla görüş keçirildi

15 sentyabr 2017 | 11:00
15 sentyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda millət vəkili Eldar İbrahimovla görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, idarə və Gənclər Evinin əməkdaşları, rayon orta ümumtəhsil məktəblərinin müəllimləri və fəal gənclər iştirak etdilər.
Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov tədbiri açıq elan edərək millət vəkili Eldar İbrahimovu və tədbir iştirakçılarını salamladı. “Bilik günü”ndə gənclərlə görüşün xüsusi önəm kəsb etdiyini vurğulayan Elvin Aslanov Binəqədi rayonunun nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri haqqında ətraflı məlumat verdi.
Sonra məruzə etmək üçün söz millət vəkili Eldar İbrahimova verildi. Millət vəkili çıxışında Azərbaycanın müasir tarixinin bir sıra məsələlərinə toxundu. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı tarixi xidmətlərindən danışdı. Millət vəkili ulu öndərin islam həmrəyliyi ideyasının formalaşdırılması və inkişafındakı rolundan, ölkəmizin dünyada tanıdılması istiqamətində gərgin fəaliyyətindən bəhs etdi.  
Məruzəçi çıxışını yekunlaşdırdıqdan sonra auditoriyanı maraqlandıran sualları cavablandırdı.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov millət vəkili Eldar İbrahimova tədbir iştirakçıları adından maraqlı, dərin məzmunlu məruzəyə görə təşəkkürünü bildirdi.
Tədbirin rəsmi hissəsindən sonra millət vəkili Eldar İbrahimov “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binası ilə tanış oldu. Gənclər Evinin əməkdaşları tərəfindən qonağa burada fəaliyyət göstərən xidmət növləri, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verildi.
 
 
 
 
 
 
 
 
 
Keçidlər