Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirildi

18 sentyabr 2017 | 11:00
2017-ci il sentyabrın 18-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə  keçirildi.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi  iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq bildirdi ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar  olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırdı, bu işlərə aidiyyəti qurumları cəlb etməklə  təxirəsalınmaz tədbirlərin görülməsi tapşırıldı. 
Müşavirədə ətraflı fikir mübadiləsi aparıldı və təkliflər səsləndirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər